Hacıqabul şəhər 5 saylı tam orta məktəbində “8 Noyabr- Zəfər Günü” münasibətilə şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin qaziləri və iştirakçıları ilə görüş təşkil olunmuşdur.
31 oktyabr 2023-cü il tarixində Hacıqabul şəhər 5 saylı tam orta məktəbində “8 Noyabr- Zəfər Günü” münasibətilə şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin qaziləri və iştirakçıları ilə görüş təşkil olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik məqamına ucalmış Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin şəhid məzunları Murov fatehi Hüseyn Abbasovun və Qubad Zeynalovun anası çıxış edərək övladlarının döyüş yolu haqqında kövrək xatirələrini şagirdlərlə bölüşdülər, vətən sevgisinin bütün sevgilərdən uça olduğunu vurğuladılar. Zəfərin qazanılmasında misilsiz xidmətləri olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik, düşünülmüş, siyasi, hərbi taktikasının mühüm rol oynadığını qeyd etdilər.
Tədbirdə iştirak edən müharibə iştirakçılarından Nəriman Ağayev, Mehman Süleymanov, İntiqam Abdulov, həmçinin məktəbin Vətən müharibəsi iştirakçısı olmuş məzunları Elbrus Məmmədov, Maşallah Həmidov, Mübariz Teymurbəyli öz çıxışlarında Zəfər Gününün xalqımızın taleyində şanlı səhifə açdığından və Azərbaycanın qalib dövlət kimi dünya miqyasında tanınmasından bəhs etdilər.
Tədbir məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir, mahnı və rəqs nümunələri ilə davam etdirildi.