Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2025-ci il ərzində gördüyü işlər barədə hesabat yığıncağı keçirilmişdir.

23 yanvar 2026 | 18:03

23.01.2026-cı il tarixində Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2025-ci ilin yekunları ilə bağlı geniş tərkibli hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyəti Başçısı cənab Sevindik Hətəmov, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhər bələdiyyəsi, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Laləzar İbrəhimova iclası giriş sözü ilə açaraq hesabat məruzəsi ilə çıxış edib, Hacıqabul şəhərində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.

Daha sonra məruzə ətrafında xidmət idarələrinin rəhbərləri və şəhər bələdiyyəsi çıxış edərək, şəhər sakinlərinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Hacıqabul Rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmov çıxış edərək, 2025-ci ildə görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə tövsiyə və tapşırıqlarını verdi.

Keçidlər