Hacıqabul şəhər Uşaq məktəbinin “Heydər Əliyev və Azərbaycan Mədəniyyəti” mövzusunda yekun hesabat konserti keçirildi.
24 may 2023-cü il tarixdə Hacıqabul şəhər Folklor evində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda Sabirabad Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul şəhər Uşaq musiqi məktəbinin yekun hesabat konserti keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, icra hakimiyyəti başçısının müavini - ictimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, İcra Hakimiyyətinin digər məsul işçiləri , eləcə də rayonunun idarə və müəssisələrinin kollektivləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan Uşaq musiqi məktəbinin direktoru Mehdiqulu Fərəcov tədbir iştirakçılarını salamlayaraq onlara fəaliyyətlərində uğurlar arzuladı.
İcra hakimiyyəti başçısının müavini Xuraman Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına daim diqqət və qayğı göstərdiyini qeyd etdi. Sonra tədris ili ərzində respublika səviyyəli müsabiqələrdə iştirak edən məktəbin bir qrup müəllim və şagirdi Fəxri fərmanla təltif olundu.
Tədbir musiqi məktəbinin müəllim və şagird kollektivinin ifasında konsert proqramı ilə yadda qaldı.