Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar voleybol festivalı keçirilmişdir.

01 iyun 2025 | 12:31

1 iyun 2025-ci il tarixində Hacıqabul şəhəri ərazisində yerləşən idman meydançasında ”1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Azərbaycan Voleybol Federasiyası tərəfindən voleybol festivalı keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Azərbaycan Voleybol Federasiyasının Regional Mərkəzinin rəhbəri Şəhriyar Piriyev, icra hakimiyyətinin məsul işçiləri, respublikanın 10 rayonunu təmsil edən komanda üzvləri və onların rəhbərləri, həmçinin rayon sakinləri və idman sevərlər   iştirak edirdi. Festivalda iştirak edənlər əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül qoydular.  Festivalda Şirvan şəhərindən, Salyan, Yardımlı, Masallı, Biləsuvar, Cəlilabad, Lerik, Astara, Neftçala və Hacıqabul rayonlarından ümumilikdə 300 nəfərdən artıq idmançı iştirak edirdi.

Təbrikdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov gənc idmançıları ”1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təbrik etdi, onlara uğur və nailiyyətlər arzuladı. Musiqi, əyləncə və atəşfəşanlıqla keçirilən festivalın sonunda  normativlərini yerinə yetirən və müvafiq yerlər tutan komanda iştirakçılarına sertifikat və medallar təqdim olundu

Keçidlər