Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı "Təmiz Ölkəm" layihəsi çərçivəsində növbəti təmizlik aksiyası keçirilmişdir.

10 avqust 2024 | 12:56

10 avqust 2024-cü il tarixində Hacıqabul şəhərində İcra Hakimiyyətinin və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə Hacıqabul şəhərinin ərazisində "Təmiz Ölkəm" layihəsi çərçivəsində Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Saleh Ələskərov, Hacıqabul rayon Yaşıllaşdırma və Abadlıq İdarəsinin əməkdaşlarının iştirakı ilə təmizlik aksiyası keçirilmişdir.

Keçirilən təmizlik aksiyası zamanı Hacıqabul şəhərinin ərazisində pərakəndə şəkildə atılmış 430 kq tullantı toplanaraq xüsusi ayrılmış nəqliyyat vasitəsinə yığılaraq tullantı poliqonuna daşınmışdır.

Ümumilikdə 110 nəfərin iştirak etdiyi iməclik zamanı iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılmışdır.

Keçidlər