Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabul şəhərində səyyar qəbul-görüş keçirildi

05 noyabr 2026 | 17:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qurumları ilə əhali arasında birbaşa ünsiyyətin gücləndirilməsi və vətəndaş müraciətlərinə həssas yanaşılması ilə bağlı müəyyən etdiyi vəzifələrə uyğun olaraq, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən yaşayış məntəqələrində səyyar qəbul-görüşlərin keçirilməsi davam etdirilir.

Bu məqsədlə 05 noyabr 2026-cı il tarixində rayonun Hacıqabul şəhərində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilmişdir.

Qəbulda Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov, Dövlət Təhlükəsizliyi Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Elçin Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi Faiq Vahabov, icra hakimiyyəti aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin şəhər sakinləri iştirak etmişlər.

Görüş zamanı Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən, regionların davamlı inkişafına göstərilən dövlət qayğısından və əhalinin rifahının yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs etmişdir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı inkişaf tədbirləri çərçivəsində Hacıqabul rayonunda da infrastrukturun müasirləşdirilməsi, sosial xidmətlərin əlçatanlığının artırılması və yaşayış məntəqələrində əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülür. İcra hakimiyyətinin başçısı vətəndaş müraciətlərinə vaxtında və obyektiv baxılmasının, sakinləri narahat edən məsələlərin diqqət mərkəzində saxlanılmasının yerli idarəetmə orqanlarının fəaliyyətində mühüm əhəmiyyət daşıdığını vurğulamışdır.

Səyyar qəbulda ölkəmizdə rəqəmsal transformasiya prosesinin genişləndirilməsi, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi və elektron xidmətlərə əlçatanlığın artırılması məsələlərinə də xüsusi diqqət yetirilmişdir. Bu baxımdan “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın qarşıya qoyduğu hədəflər və rəqəmsal dövlət xidmətlərinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti diqqətə çatdırılmışdır. Sakinlərə “Rəqəmsal İcra Hakimiyyəti” portalı, “mygov” platforması və “SİMA” rəqəmsal həllərinin funksional imkanları barədə məlumat verilmiş, bu vasitələrin dövlət xidmətlərindən daha rahat, şəffaf və çevik istifadə edilməsində yaratdığı üstünlüklər izah olunmuşdur. Vətəndaşlara elektron xidmətlərdən fəal istifadə etmələri, mövcud rəqəmsal imkanlardan gündəlik həyatlarında daha geniş yararlanmaları tövsiyə edilmişdir.

Daha sonra kənd sakinlərinin müraciətləri fərdi qaydada dinlənilmiş, onların qaldırdıqları məsələlər və irəli sürdükləri təkliflər ətrafında müzakirələr aparılmışdır. Müraciətlərin hərtərəfli araşdırılması, mövcud problemlərin qanunvericiliyin tələbləri çərçivəsində həlli və zəruri tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həlli digər dövlət orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin isə müvafiq qaydada aidiyyəti üzrə yönləndirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi təşkil olunan səyyar qəbul-görüşlər dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, əhalinin qayğı və problemlərinin birbaşa öyrənilməsinə, eləcə də qaldırılan məsələlərin həlli istiqamətində əlaqələndirilmiş fəaliyyətin təmin olunmasına xidmət edir. Vətəndaş məmnunluğunun artırılması və sakinlərlə səmərəli dialoqun davam etdirilməsi məqsədilə bu cür görüşlərin rayonun digər yaşayış məntəqələrində də ardıcıl keçirilməsi nəzərdə tutulur.

Keçidlər