Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Vətən Müharibəsi Şəhidi Baladov Ruslan Allahyar oğlunun adına bulaq kompleksinin açılışı olmuşdur.

16 avqust 2022 | 14:11

Hacıqabul şəhərində anadan olmuş, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə tikilmiş bulaq kompleksinin açılışı olmuşdur.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayon İcra Hakimiyyətinin bir qrup nümayəndələri, şəhidin dostları, ailə üzvləri və şəhər sakinləri iştirak ediblər. Şəhidin xatirəsi anılaraq xatirə bulağının önünə tər qərənfillər düzülmüşdür. Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlarından söhbət açılıb.

Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə baş sağlığı verdi, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti nəticəsində 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızın azad olunmasından danışdı. Şəhid ailələrinə və müharibə iştirakçılarına, müharibədə sağlamlığın itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğısını qeyd etdi. Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə Ölkə Başçısına minnətdarlıqlarını bildirdi.

Şəhid Baladov Ruslan Allahyar oğlu Vətən Müharibəsi göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Sonda Şəhidlərin ruhuna dualar oxundu.

Keçidlər