Hacıqabul şəhərində Vətən Müharibəsi Şəhidi Baladov Ruslan Allahyar oğlunun xatirəsi doğum günündə anılıb.
Hacıqabul şəhərində anadan olmuş, Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalmış Baladov Ruslan Allahyar oğlunun xatirəsi məzarı önündə anılıb.
Xatirə tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak etmişdir.
Şəhidin məzarı ziyarət olundu, məzarı üzərinə tər qərənfillər düzüldü. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verilərək, Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıldı. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulandı.
Baladov Ruslan Allahyar oğlu 27.09.2020-ci il tarixdə Tərtər-Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur.
Sonda Şəhidlərin ruhuna dualar oxundu.