Hacıqabul şəhərində yerləşən mədəniyyət müəssisələrinə baxış keçirilmişdir.
28 noyabr 2024-cü il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Uşaq Musiqi məktəbində və Mərkəzi Rayon Kitabxanasında olmuşdur. Rayon rəhbəri qeyd olunan mədəniyyət müəssisələrinə baxış keçirərək burada çalışan kollektivlə görüşmüş, mövcud vəziyyətlə tanış olmuşdur.
Hacıqabul şəhər 7 illik Uşaq Musiqi məktəbi 1990-cı ildən fəaliyyətə başlamışdır. Hazırda Musiqi məktəbində 211 nəfər şagirdə 8 ixtisas üzrə 44 müəllim ibtidai musiqi təhsili verir. Şagirdlər Respublika baxış müsabiqələrində daima iştirak etmiş və bir neçə müsabiqənin qalibi olmuşlar.
Hacıqabul rayon Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi (MKS) 27 avqust 1990-cı ildə yaradılmışdır. Hazırda Hacıqabul rayon MKS üzrə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi sisteminə daxil olan 27 dövlət kütləvi kitabxanasının 24-ü fəaliyyət göstərir. Hacıqabul Rayon Mərkəzi Kitabxanasında informasiya-resurs şöbəsi fəaliyyət göstərir.
Hər iki mədəniyyət müəssisəsi uyğunlaşdırılmış binada yerləşdiyi üçün şəhər ərazisində yeni, müasir tipli inzibati binaların tikintisi nəzərdə tutulmuşdur.