Hacıqabul səhiyyəsinin yeni uğuru.
05 noyabr 2024-cü il tarixdə Hacıqabul Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi Şəxsində yeni Pediatriya şöbəsi fəaliyyətə başlayıb.
Bu münasibətlə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və xəstəxananın inzibati heyəti iştirak edirdi. Tədbirdə çıxış edən MRX PHŞ-in direktoru Natiq Əliyev məlumat verərək bildirdi ki, xəstəxananın strukturunda yeni yaradılmış bu şöbə əhaliyə xüsusilə azyaşlılara keyfiyyətli tibbi xidmət göstərməyə imkan verəcəkdir.
Belə ki, 6 pediatr həkimdən və 20 çarpayıdan ibarət olan yeni şöbədə həm ambulator, həm də stasionar müalicə həyata keçiriləcəkdir. Rayon İcra Hakimiyyətinin başçısı yeni yaradılmış şöbədə şəraitlə tanış oldu, burada fəaliyyət göstərən tibbi heyətə bundan sonrakı işlərində uğurlar arzuladı.