Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “1 dekabr –Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar tədbir keçirildi.

01 dekabr 2023 | 15:30

01.12.2023-cü il tarixində Hacıqabul rayon Mədəniyyət Mərkəzində Hacıqabul Rayon İcra Hakimiyyətinin və Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “1 dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar gənclər arasında narkotik vasitələrin, psixotrop maddələrin             və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı maarifləndirmə tədbiri keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov eləcə də, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi Anar Xəlilov bildirdi ki, respublikamızın hər yerində olduğu kimi Hacıqabul rayonunda da qazanılmış immun çatışmamazlığı sindiromu (QİÇS) ilə mübarizədə polis əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Buna baxmayaraq, cəmiyyətin ən aktual problemlərindən biri olduğu üçün polis əməkdaşları ilə yanaşı cəmiyyətin aktiv üzvləri, hər birimiz bu sahədə fəaliyyətimizi əlaqələndirməli, bu bəlaya qarşı birgə mübarizə aparmalıyıq.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov vurğuladı ki, QİÇS-lə mübarizədə rayonun ayrı-ayrı idarə və müəssisələrində mühüm maarifləndirici görüşlər keçirilir. Bu işdə rayon Polis Şöbəsinin, Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin, rayon Təhsil Sektorunun, rayon Gənclər və İdman Sektorunun qarşılıqlı fəaliyyəti və səmərəli təbliğini qeyd etmək lazımdır. Qeyd olunan müəssisələr həm ayrı-ayrı ümumtəhsil müəssisələrində bilavasitə yeniyetmələr və gənclər arasında maarifləndirici görüşlər keçirməklə yanaşı, bu bəlanın cəmiyyətə verdiyi fəsadları əks etdirən əyani vəsaitləri insanlar arasında geniş nümayiş etdirilməsində mühüm işlər görmüşlər. 

Keçidlər