Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “2 iyul - Polis işçilərinin peşə bayramı” günü qeyd edildi.

02 iyul 2023 | 10:31

02 iyul 2023-cü il tarixdə “2 iyul - Polis işçilərinin peşə bayramı” günü Hacıqabul rayonunda da təntənə ilə qeyd edildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və bir qrup ictimaiyyət nümayəndələri iştirak etdi.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Daha sonra tədbirdə çıxış edən rəsmilər Azərbaycan Polisinin 105 illik çətin və məsuliyyətli fəaliyyəti barədə geniş məlumatlar verərək, polisinin keçdiyi şanlı tarixi yola nəzər salıblar. Daxili işlər orqanlarının fəaliyyətini yüksək dəyərləndirən məruzəçilər, 105 illik yubiley münasibətilə polis əməkdaşlarını təbrik edib, peşə həyatlarında uğurlar arzulayıblar.

Keçidlər