Hacıqabulda “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirildi
20 oktyabr – Energetiklər Günü münasibətilə Hacıqabul rayonunda tədbir keçirildi.
Tədbir çərçivəsində Hacıqabul şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Ulu Öndərin əziz xatirəsinə ehtiram ifadə edildi.
Daha sonra Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək energetika sahəsinin ölkənin sosial-iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və əhalinin elektrik enerjisi ilə fasiləsiz təchizatında mühüm rolunu vurğuladı.
Rayon rəhbəri çıxışında Azərbaycan energetikasının inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edərək, ölkəmizdə bu sahənin müasir tələblərə uyğun inkişaf etdirilməsi, enerji infrastrukturunun yenilənməsi və enerji potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etdi.
Sevindik Hətəmov energetika sahəsində çalışan əməkdaşların məsuliyyətli və fədakar əməyini yüksək qiymətləndirərək, onların ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına və iqtisadi inkişafına mühüm töhfələr verdiklərini bildirdi. O, energetikləri peşə bayramı münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzuladı.
Tədbirin sonunda energetika sahəsində səmərəli fəaliyyətləri və rayonun enerji təminatına verdikləri töhfələrə görə fərqlənən əməkdaşlara Hacıqabul Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edildi.






