Hacıqabulda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
19 yanvar 2023 | 16:46
19 yanvar 2023-cü il tarixində Hacıqabul şəhər Folklor klubunda rayon mədəniyyət işçilərinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Azadlığın ilk günü” adlı ədəbi-bədii kompozisiya təşkil edildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Xuraman Məmmədova, icra hakimiyyətinin məsul işçiləri, rayon təhsil və mədəniyyət işçiləri iştirak etdi. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.