Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “20 Yanvar” faciəsinin 35-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.

20 yanvar 2025 | 12:15

20 yanvar 2025-ci il tarixdə “20 Yanvar” faciəsinin 35-ci ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivləri, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri rayonun şəhidlər xiyabanını ziyarət etdilər.

Ziyarət edənlər Şəhidlər xiyabanında “20 Yanvar” şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi və şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə andılar. Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Keçidlər