Hacıqabulda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
27 sentyabr 2026-cı il tarixində Hacıqabul rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı Hacıqabul-Muğan avtomobil yolunun kənarında şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq 100 ədəd sərv ağacı əkilib, ərazidə yaşıllaşdırma işləri aparılıb.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsidir.






