Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi.

05 iyun 2026 | 11:24

05 iyun 2026-cı il tarixində Hacıqabul rayonunda “5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, aparatın məsul işçiləri, Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyi və kollektivi iştirak edirdi.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi rəhbərə öz ehtiramlarını bildirdilər.

Saleh Ələskərov Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyini və kollektivini “5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzuladı.

Keçidlər