Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi.

05 iyun 2023 | 10:22

05 iyun 2023-cü il tarixdə Hacıqabul rayonunda ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd edildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, Dövlət Su Ehtiyatları Agentliyinin kollektivi iştirak etdi.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul nümayəndələri, Dövlət Su Ehtiyatları Agentliyinin işçiləri ilə birlikdə Ulu Öndərin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Dövlət Su Ehtiyatları Agentliyinin kollektivini ”5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü”  münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

Keçidlər