Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin anaları ilə görüş keçirilmişdir.

07 mart 2023 | 13:11

“8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə Vətən Müharibəsi şəhidlərinin anaları ilə görüş keçirilmişdir.

Qədir-Xum İstirahət Mərkəzində səmimi hisslərlə keçirilən görüşdə şəhid anaları ilə həmsöhbət olundu. Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan qadının, o cümlədən Şəhid analarının respublikanın ictimai-siyasi həyatındakı rolundan geniş danışaraq, onları bir daha “8 mart - Beynəlxalq Qadınlar günü” münasibəti ilə səmimi qəlbdən təbrik etdi.

Görüş zamanı şəhid analarını narahat edən məsələlər bir daha müzakirə edilərək icrası istiqamətində işlərin həyata keçirilməsi üçün qeydlər aparıldı.

Keçidlər