Hacıqabulda “Ağ ölümdən qurtulaq” mövzusunda tədbir keçirildi
Kimsəsiz və Aztəminatlı Ailələrin Uşaqlarına Sosial – Mənəvi Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Hacıqabul şəhərində Icra Hakimiyyətinin iclas zalında 30 avqust 2023-cü ildə saat 11 -də mütəxəssislərin iştirakı ilə 20 nəfər gənc və yeniyetmə olmaqla "Ağ ölümdən qurtulaq" regionlarda yeniyetmə gənclər üçün antinarkomaniya üzrə maarifləndirmə mövzusunda görüş-sessiya keçirildi.
Keçirilən görüş -sessiyanı layihə rəhbəri Təranə Əhməd açdı. Layihə rəhbəri bildirdi ki təqdim olunan layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.
Layihənin məqsədi Hacıqabul şəhərində narkomaniyaya qarşı mübarizə profilaktikasını təşkil etmək, risk qrupuna daxil olan yeniyetmə və gənclərin bu təsirlərdən qorumaqdır.
Layihənin eksperti Şahin Rəcəb tədbir iştirakçılarına layihənin məqsəd və vəzifələrindən danışdı. Ekspert bildirdi ki‚ Müasir dövrün qlobal problemləri sırasında əsas yer tutan bəlalardan biri narkomaniyadır. Narkomaniya hələ ötən əsrlərdə yayılan, coğrafi sərhədləri getdikcə genişlənən təhlükəli bir xəstəlik və cinayətdir.
Hacıqabul Polis idarəsinin əməkdaşı çıxış edərək məlumat verdi ki ‚ bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi‚ beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Dövlət orqanları ilə yanaşı ictimai təşkilatların da bu işdə yüksək fəallığı müsbət nəticələrin əldə olunmasına stimul verir.
Hacıqabul rayon Xəstəxanasının həkim terapevti çıxış edərək bildirdi ki‚ insan amili dövlət siyasətinin əsasını təşkil edir. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bildirir ki, həyata keçirilən siyasətin önündə vətəndaş amili dayanır. Əhalinin sağlamlığının yüksək səviyyədə qorunması da prioritet məsələlərdəndir. Azərbaycanın gələcəyi kimi dəyərlənləndirilən gənclərimizə diqqət və qayğı isə daha mühüm vəzifə kimi qeyd edilir. Gənclər arasında idmanın, mədəni-kütləvi tədbirlərin genişləndirilməsində, idmana marağın artırılması naminə inşa olunan idman komplekslərinin tikilməsində də əsas məqsədlərdən biri sağlamlığın təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır. Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən Dövlət Proqramlarının müddəalarında da bu kimi tələblər öz əksini tapıb. Hər bir qurum üzərinə düşən məsuliyyəti lazımi səviyyədə yerinə yetirməklə qarşıya qoyulan məqsədlərə nail olmağa öz töhfəsini vermiş olar.
Şəhər Təhsil şöbəsinin işçisi çıxış edərək qeyd etdi ki‚ məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır. Orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir
Gənclər idarəsinin mütəxəssisi qeyd etdi ki‚ problemin faciəvi tərəfi gənclər və yeniyetmələr arasında narkomaniyaya aludəçilik hallarının yüksələn xətlə artmasıdır. Hər bir xalqın gənclərinin fiziki və mənəvi sağlamlığı dövlət üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanda da dövlət tərəfindən gənclərə yetərincə qayğı göstərilir, gənc nəslin inkişafı, onların sağlam həyat tərzinin təşkili ölkə rəhbərliyinin daimi diqqət mərkəzindədir. Narkotiklərə qoşulmağa başlamış yeniyetmə, öz əqli və idrak bacarıqlarını, maraqlarını itirməklə mənəvi tənəzzül edir. Çünki həmin yeniyetmələrdə müsbət maraqların və meyillərin əvəzinə yaranmış maraqlar bütün mənfi ifadələri ilə onların psixi proseslərini deqradasiyaya uğradır. Hesab edirəm ki, narkomaniyanın profilaktikası ailə və məktəbdən başlanmalıdır. Valideynlərin uşaqlarının narkomaniyadan qorunmasında bu profilaktikanın rolunu başa düşmələri olduqca mühümdür".
İctimai Birlik Layihə ilə bağlı məlumatları aidiyyatı orqanlardan toplayaraq , yerlərdə ailələrlə görüşərək uşaqların psixoloji durumları ilə maraqlanmış ‚ narkotik istifadəçilərinin və yoluxanların müayinə və müalicəyə cəlb olunması üçün profilaktik işlər aparmışdır.
Görüşdə narkotik istifadəçisi olan ailələrdə böyüyən, atılan və ya nəzarətsiz qalmış uşaqların reabilitasiyası ilə əlaqədar müzakirələr edildi‚ maarifləndirici təbliğat vasitəsi - buklet .paylanıldı.
Görüşdə iştirak edən yeniyetmə və gənclər Layihənin əhəmiyyətin vurğulayaraq onun davamlılığını arzu etdilər . Layihənin ünvanlandığı əhali qrupu maarifləndirmə görüşü və "Ağ ölümdən qurtulaq" adlı bukletlərdən‚ eləcə də etik davranış qaydaları ilə bağlı əhatə olunmuş yaddaş-vərəqlərdən faydalandılar.
Görüşdə Uşaqlarla iş üzrə Polis əməkdaşları Gənclər idarəsindən Təhsil Şöbəsinin Əməkdaşları və KİV, İcra hakimiyyəti nümayəndələri iştirak etdilər.