Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

22 sentyabr 2026 | 17:02

22 sentyabr 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirin rəsmi açılışında Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov iştirak edib.

Daha sonra “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Müzakirələr zamanı aqrar sahədə dövlət dəstəyi mexanizmləri, torpaqdan səmərəli istifadə, aqrar sığorta, bitkiçiliyin təşkili və monitorinqi, su ehtiyatlarından səmərəli istifadə və meliorasiya, heyvan sağlamlığı və baytarlıq nəzarəti, eləcə də məşğulluq imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi aparatının Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firidun Tağıyev, Aqrar Sığorta Fondunun şöbə müdiri Əli Əhmədov, Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin baş məsləhətçisi Elton Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Suyun balansı və hesabatı şöbəsinin müdiri Bəybala Babayev, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin Heyvan Sağlamlığı və Baytarlıq Nəzarəti sektorunun böyük məsləhətçisi Emin Qədirov və “Unibank”ın Şirvan filialının müdiri Qulyar Əsədov iştirak edib.

Müzakirələr çərçivəsində aqrar sahədə fəaliyyət göstərən fermer və təsərrüfat subyektlərinin dövlət dəstəyi mexanizmlərindən səmərəli yararlanması, mövcud imkanlar və bu sahədə qarşıda duran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Keçidlər