Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Hacıqabul rayonuna 09.04.2024-cü il tarixdə və 16.04.2024-cü il tarixdə edilmiş səfərlərindən irəli gələn məsələlərin həlli ilə bağlı geniş tərkibli müşavirə keçirildi.

18 aprel 2024 | 09:02

17 aprel 2024-cü il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna keçirilmiş səfərləri ilə bağlı geniş tərkibli müşavirə keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların kollektivləri iştirak edirdi. İcra Hakimiyyətinin başçısı  Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rayona keçirilmiş səfərləri zamanı Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışı, “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanışıq, Şirvan suvarma kanalının təməlini qoyulması barədə geniş məlumat veridi.

Bildirildi ki, qeyd edilən vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib və görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb. Həmçinin “Agro Dairy” MMC-yə məxsus suvarma qurğuları kompleksi ilə tanışlıq zamanı qeyd edildi ki, layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub və layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Əlavə olaraq bildirildi ki, Şirvan suvarma kanalının təməli müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.

Tədbirin davamında cənab Prezidentin müvafiq Sərəncamı ilə bir sıra şəxslərin “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunması barədə məlumat verildi. Təqdimatda çıxış edən Hacıqabul İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib. Sonra təltif olunan şəxslərin medalları təqdim olunub.

Tədbirin sonunda təltif olunan şəxslər Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs edərək, Ulu Öndərin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

Keçidlər