Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Azərbaycanın Böyük Şəxsiyyəti” mövzusunda tədbir keçirildi.

03 mart 2023 | 10:00

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 03 mart 2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın Böyük Şəxsiyyəti” mövzusunda tədbir keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Füzuli İbrəhimov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Hacıqabul Regional Şöbəsinin rəisi Xalid  Nərimanov və şöbənin əməkdaşları iştirak etdilər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, Ulu Öndərin xatirəsini andılar. Sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən başlayan siyasətinin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlandığını vurğuladılar.

Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət almasını bildirdilər. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər sadəcə eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirildiyini qeyd etdilər.

Keçidlər