Hacıqabulda Daxili Qoşunların yaranmasının ildönümü münasibətilə tədbir keçirilmişdir.
12 mart 2023-cü il tarixdə Hacıqabul şəhərində yerləşən “N” saylı hərbi hissədə “12 mart - Daxili Qoşunların yaranması günü” münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, “N” saylı hərbi hissənin komandiri Emil Rüstəmov, YAP Hacıqabul rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və hərbi hissənin şəxsi heyəti iştirak etmişdir.
Vətənimizin ictimai sabitliyinin qorunması uğrunda şəhid olan igidlərin və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Azərbaycan Respublikasının Himni səsləndi.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, “N” saylı hərbi hissənin komandiri Emin Rüstəmov və digər tədbir iştirakçıları təbrik çıxışlarını səsləndirdi. Sonda zabit, gizir və əsgər heyəti mükafatlandıqdan sonra təntənəli marşın sədaları altında tribuna önündən keçmişdir.