Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri aparılmışdır

29 may 2024 | 16:45

Azərbaycan Respublikasının ratifikasiya etdiyi bir sıra beynəlxalq sənədlərin və milli qanunvericiliyin müvafiq müddəalarında mütərəqqi sosial xidmət sisteminin yaradılması, sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlərin həlli məqsədilə sosial xidmət sisteminin təkmilləşdirilməsi və daha da gücləndirilməsi istiqamətində dövlət siyasətini müəyyən edən “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmış və Azərbaycan Respublikasının Prezidentinin 28 avqust 2023-cü il tarixli 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.

Dövlət Proqramında əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi hədəf kimi nəzərdə tutulmuşdur. Hacıqabul Rayon İcra Hakimiyyəti olaraq bu Sərəncamın Tədbirlər Planının 8.4.3-cü bəndinə əsasən əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilmişdir.

Tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyəti əməkdaşları tərəfindən əhalinin sıx olduğu yerlərdə, idarə müəssisə və təşkilatlarda, sakinlərin kompakt yaşadıqları ərazilərdə(əhalinin həssas qrupları ilə yaşadıqları evlərində) görüşülər keçirilmiş, onlarla maarifləndirici söhbətlər aparmış və rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.

Keçidlər