Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda əmək yarmarkası keçirildi.

21 may 2026 | 14:29

21 may 2025-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

Tədbirin əsas məqsədi işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və onların uyğun vakansiyalarla təmin olunmasına dəstək göstərilməsi olub. Əmək yarmarkasında Şirvan-Salyan Regional Məşğulluq filialına daxil olan Hacıqabul rayonu üzrə fəaliyyət göstərən 13 işəgötürən iştirak edib və ümumilikdə 70 boş iş yeri təqdim olunub.

Yarmarkada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsini icra edən Məmmədov Xaqani və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbir çərçivəsində vətəndaşlara mövcud vakansiyalar barədə ətraflı məlumat verilib, işəgötürənlərlə birbaşa görüş imkanları yaradılıb və işaxtaran şəxslərin müraciətləri qəbul edilib.

Keçidlər