Hacıqabulda əmək yarmarkası keçirildi.
23 sentyabr 2026-cı il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətinin iclas zalında Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının və “ESE AGRO” QSC-nin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Tədbirin əsas məqsədi işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və onların uyğun vakansiyalarla təmin olunmasına dəstək göstərilməsi olub.
Yarmarkada Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov, Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri vəzifəsini icra edən Xaqani Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbir çərçivəsində vətəndaşlara mövcud vakansiyalar barədə ətraflı məlumat verilib, işəgötürənlərlə birbaşa görüş imkanları yaradılıb və işaxtaran şəxslərin müraciətləri qəbul edilib.






