Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda sahibkarlarla "Güzəştli maliyyə resurslarına çıxışla bağlı yaranan çətinliklər" mövzusunda görüş keçirilmişdir.

17 yanvar 2023 | 16:53

17 yanvar 2023-cü il tarixdə Hacıqabul rayonunun "Qədir-Xum" İstirahət Mərkəzində Şirvan KOB Dostunun təşkilatçılığı ilə Şirvan şəhəri və Hacıqabul rayonundan olan bir qrup sahibkarla "Güzəştli maliyyə resurslarına çıxışla bağlı yaranan çətinliklər" mövzusunda görüş keçirilmişdir.

Əvvəlcə sahibkarlar KOBİA-nın yaranmasının 5 illiyinə həsr olunmuş video-çarxı izləmişlər. Görüşdə Hacıqabul rayonunun və Şirvan şəhərinin icra hakimiyyətlərinin nümayəndələri, Sahibkarlığın İnkişafı Fondunun, Aqrar Kredit İnkişaf Agentliyinin, Azad Sahibkarlar Konfederasiyasının, müvəkkil bankların əməkdaşları iştirak etmişlər.

Dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Təbdir sahibkarlar üçün təşkil olunmuş çay süfrəsi ətrafında səmimi müzakirələrlə yekunlaşmışdır.

Keçidlər