Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və memarıdır” adlı dəyirmi masa keçirildi.

11 mart 2023 | 11:53

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə bağlı 11 mart 2023-cü il tarixində Aztelekom MMC-nin Cənub Şirvan Regional Filialının Hacıqabul Rayon şöbəsində “Heydər Əliyev Azərbaycan dövlətinin yaradıcısı və memarıdır” mövzusunda dəyirmi masa keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Mətin Babayev, YAP Hacıqabul rayon təşkilatının aparat rəhbəri İsmayıl İbrahimov, "Azərpoçt" MMC-nin Hacıqabul Poçt Filialının rəisi Ayət Nadirov,  Aztelekom” MMC-nin Cənub Şirvan Regional Filialının Hacıqabul şöbəsinin müdiri  Asif Məmmədov və şöbənin əməkdaşları iştirak etdilər.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin  öz xalqını zamanın mürəkkəb tarixi siyasi sınaqlarından uğurla çıxardığını, Azərbaycan xalqının yeni minilliyə məhz dahi şəxsiyyətin zəkası ilə qədəm qoyduğunu vurğuladılar. Müasir Azərbaycanın davamlı yüksəliş yolunda inamla irəliləməsinin Ümummilli Lider Heydər Əliyevin həyat amalı olduğunu qeyd etdilər.

Keçidlər