Hacıqabulda “Heydər Əliyev ili” çərçivəsində uğurları ilə fərqlənən bir qrup fəal Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təltif olundular.
14 dekabr 2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində Hacıqabul rayonu üzrə keçirilmiş tədbirlər, yaradıcılıq festivalları, müxtəlif nominasiyaların müsabiqə qalibləri Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təltif olundular.
Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında keçirilən tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov “Heydər Əliyev İli” çərçivəsində rayon ərazisində Ümummilli liderin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlərdən söhbət açaraq bildirdi ki, 2023-cü il bütövlükdə “Heydər Əliyev ili” elan olunmasına baxmayaraq qədirbilən xalqımız Ümummilli liderimizin xatirəsini hər zaman uca tutacaq və onu dərin ehtiramla yad edəcəkdir. Ümummilli liderimizin əziz xatirəsinə həsr olunmuş tədbirlər hər zaman keçiriləcəkdir.
Daha sonra Rayon İcra Hakimiyyəti başçısı bir sıra uğurlara imza atmış müxtəlif peşə sahələrindən olan rayonun fəal sakinlərini yaradıcılıq uğurları ilə bağlı səmimi təbrik etdi, rayonumuzun uğurları və respublikamızın inkişafı naminə fəaliyyətlərində onlara yeni-yeni nailiyyətlər arzuladı.
Sonda uğurları ilə fərqlənən bir qrup fəala fəxri fərmanlar təqdim olundu.