Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Heydər Əliyev İli” ilə bağlı “Heydər Əliyev və Azərbaycanda Milli intibah dövrü” adlı tədbir keçirilmişdir.

14 aprel 2023 | 14:26

Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 14 aprel 2023-cü il tarixdə Hacıqabul rayonunda “Heydər Əliyev və Azərbaycanda Milli intibah dövrü ” mövzusunda kütləvi  tədbir  keçirilmişdir. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, Millət vəkili Rafael Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi şəxsiyyətin  əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq abidə önünə  tər çiçəklər düzdülər. Sonra tədbir rayon Mədəniyyət evində davam etdirildi. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsi  ilə başlandı.

Çıxış edən natiqlər  Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni  həyatında, ümumilikdə vətənimizin  daxili və xarici aləmdə  əldə etdiyi  bütün nailiyyətlərin  məhz  Heydər Əliyevin  gərgin və səmərəli zəhməti, uzaqgörən  siyasi fəaliyyəti sayəsində  mümkün olduğunu qeyd etdilər. Bütün  ömrünü  xalqına həsr edən bu böyük insanın  Azərbaycanı bütün dünyada tanıtmaq, öz vətənini bütün sahələrdə öndə görmək istəyi onu  həmişə  dövlətinə və xalqına  daha sədaqətlə xidmət etməyə ruhlandırdığını vurğuladılar. Azərbaycan xalqı bu böyük  şəxsiyyəti   hər an yad etməli, anmalı və onun  dəsti-xəttini  həyata  keçirmək  üçün  qüvvə və səyini  əsirgəməməlidir.

Keçidlər