Hacıqabulda “İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2022-ci ilin 4-cü rübü üzrə hesabatı keçirilmişdir.
27 yanvar 2023-cü il tarixdə Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2022-ci ilin 4-cü rübü ərzində fəaliyyəti, gördüyü işlər, qarşıda duran məsələlər barədə hesabat iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov bildirdi ki, ötən dövr ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Daha sonra “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi”-nin Hacıqabul regional şöbəsinin rəisi polkovnik-leytenant X.Nərimanov çıxış edərək Komissiyanın gördüyü işlər barədə məlumat verdi. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğunu qeyd etdi.
Sonda bütün çıxış edənlər Komissiyanın 2022-ci 4-cü rübü ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.