Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “İxrac Neft Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2023-cü ilin yekunu üzrə hesabat yığıncağı keçirilmişdir.

15 dekabr 2023 | 14:07

15 dekabr 2023-cü il tarixində Hacıqabul Rayon İcra Hakimiyyətində yaradılmış “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi üzrə” Komissiyasının 2023-cü il ərzində fəaliyyəti, gördüyü işlər, qarşıda duran məsələlər barədə hesabat yığıncağı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələskərov bildirdi ki, cari il ərzində ixrac neft və qaz boru kəmərlərinin rayon ərazisindən keçən hissəsinin etibarlı mühafizəsi ilə əlaqədar hər hansı bir xoşagəlməz hadisə baş verməmişdir. Bunu ixrac neft və qaz boru kəmərlərinin marşrutu boyunca yerləşən yaşayış məntəqələrində əhali ilə müvafiq Komissiya üzvlərinin mütəmadi görüşlərinin müsbət nəticəsi kimi qiymətləndirmək olar.

Daha sonra “İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi”-nin Hacıqabul regional şöbəsinin qrup komandiri mayor Anar Dəmirov çıxış edərək Komissiyanın gördüyü işlər barədə məlumat verdi. Hər hansı fövqəladə hallarda bütün təhlükəsizlik məsələlərinin məhz Komissiya tərəfindən koordinasiya olunduğunu qeyd etdi.

Sonda bütün çıxış edənlər Komissiyanın 2023-cü il ərzində gördüyü işlərin qənaətbəxş hesab olunmasını təklif etdilər.

 

Keçidlər