Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Keçmişdən gələcəyə” adlı fizika və STEAM gecəsi keçirildi.

22 may 2026 | 12:26

21 may 2026-cı il tarixində Hacıqabul şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbində “Keçmişdən gələcəyə” adlı fizika və STEAM gecəsi keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, müxtəlif idarə və təhsil müəssisələrinin rəhbərləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir çərçivəsində şagirdlərin hazırladıqları innovativ layihələr qonaqlara təqdim olunmuşdur. Müasir inteqrativ fənlərin və təbiət elmlərinin gənclərin dünyagörüşünün formalaşmasında, yaradıcı təfəkkürünün inkişafında mühüm rol oynadığı vurğulanmışdır. Şagirdlər tərəfindən nümayiş etdirilən layihələr onların elmə, texnologiyaya və yaradıcılığa olan marağını əyani şəkildə əks etdirmişdir.

İnkubator, “Neft Daşları”, mayak, “Robot Nemo”, radar, istixana və digər maraqlı layihələr məktəbin fizika və STEAM müəllimi Xəyalə Alışovanın rəhbərliyi ilə bacarıqlı şagirdlər tərəfindən hazırlanmışdır. Təqdim olunan layihələr tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda STEAM layihələrində əldə olunan uğurlara görə Xəyalə Alışova və bir qrup şagird Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov tərəfindən Fəxri fərmanla təltif olunmuşdur. Tədbir şagirdlərin maraqlı çıxışları ilə başa çatmışdır.

Keçidlər