Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda “Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə” mövzusunda maarifləndirmə tədbiri keçirildi.

03 avqust 2022 | 17:23

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Keçirilən tədbirdə Hacıqabul  rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, “Azərsu”ASC-nin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2022-ci il 14 aprel tarixli əmri ilə yaradılmış İşçi Qrupunun nümayəndələri Hacıqabul rayon İcra Hakimiyyəti başçısının müavini Nurbala Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin baş mütəxəssisi Sənan Rəsulov və 3 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Azər Quliyev çıxış edərək dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azaldığından, insanların su çatışmazlığından əziyyət çəkdiyindən, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən və nəzərdə tutulan tədbirlərdən bəhs ediblər. Hər bir vətəndaşın sudan qənaətlə istifadə etməsini, dünyada su ehtiyatının azalması barədə təhlükənin ciddiyə alınmasını tövsiyə ediblər.

Keçidlər