Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir

27 oktyabr 2026 | 14:57

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin tapşırığına əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Hacıqabul Rayon İcra Hakimiyyətinin Kommunal Təsərrüfatı İdarəsinə məişət tullantılarının daşınması məqsədilə 40 ədəd yeni tullantı konteyneri verilmişdir.

Yeni konteynerlərin ayrılması rayonda məişət tullantılarının toplanması və daşınması işinin daha səmərəli təşkilinə, sanitar-təmizlik vəziyyətinin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə və yaşayış məntəqələrində təmizliyin təmin olunmasına töhfə verəcəkdir.

Hacıqabul Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi və təmizlik işlərinin davamlılığının təmin edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Keçidlər