Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda mətbuat nümayəndələri ilə görüş keçirildi.

22 iyul 2026 | 12:15

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə bir qrup mətbuat və media nümayəndəsi ilə görüş keçirdi.

Tədbirdə çıxış edən Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov milli mətbuatın cəmiyyətin inkişafında və ictimai rəyin formalaşmasında mühüm rol oynadığını qeyd edərək, ölkəmizdə söz və məlumat azadlığının təmin olunması, media sahəsinin inkişafı istiqamətində ardıcıl dövlət siyasətinin həyata keçirildiyini bildirdi. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə jurnalistlərin peşə fəaliyyətinin dəstəklənməsi, media mühitinin daha da təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Rayon rəhbəri peşəkar, operativ və obyektiv medianın dövlətçilik dəyərlərinin təbliği, cəmiyyətin düzgün məlumatlandırılması və ictimai etimadın gücləndirilməsi baxımından əhəmiyyətini vurğulayaraq, Hacıqabul rayonunda həyata keçirilən sosial-iqtisadi layihələrin, quruculuq işlərinin və digər mühüm hadisələrin operativ şəkildə ictimaiyyətə çatdırılmasında yerli media nümayəndələrinin fəaliyyətini yüksək qiymətləndirdi.

Tədbirin davamında "Şirvan TV info"nun nümayəndəsi İbrahim Vəzirov, "Doğru TV"nin nümayəndəsi Mirsahib Səmədov, "APA TV"nin operatoru Elçin Həsənov və "ARB TV"nin nümayəndəsi Kürçaylı Məmmədov göstərdikləri səmərəli fəaliyyətə görə Hacıqabul Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olundular.

Tədbirdə, həmçinin Hacıqabul qəzetinin redaktoru Xuraman Hüseynova, "APA TV"nin nümayəndəsi Əlibəy Zeynalov, "Xəzər TV"nin nümayəndəsi Elməddin İsmayılov, "ATV" kanalının nümayəndəsi Firqət Əhmədov, İctimai Televiziyanın nümayəndəsi Təyyar Nəsirli və operatoru Samir Qubadov iştirak etdilər.

Sonda media nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısına təşəkkürlərini ifadə etdilər.

Keçidlər