Hacıqabulda "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyulub.
Hacıqabul Sənaye Məhəlləsində "Minik avtomobillərinin istehsalı" layihəsinin təməli qoyulub. Layihə çərçivəsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu inşa ediləcək.
Mərasimdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbəri Elşad Nuriyev, "Azərbaycan Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Emin Axundov, "Uzavtosanoat" SC-nin rəhbəri Uluqbek Rozukulov, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ştirak etmişdir. Onlar Azərbaycan-Özbəkistan əməkdaşlığının növbəti uğurlu nümunəsi olan avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodunun ölkəmizdə avtomobil sənayesini təşviq edəcəyini bildiriblər.
"Bir neçə il öncə başlayan avtomobil sənayesinin birinci mərhələsində avtomobillərin yalnız yığımı nəzərdə tutulmuşdu. Bu gün ikinci mərhələdə, qaynaq və boya zavodunun təməli qoyuldu. Bu mərhələnin ardından yan sənayenin inkişafı daha da sürətlə davam edəcək. Avtomobil istehsalının növbəti mərhələsində digər ehtiyyat hissələrinin də istehsalı nəzərdə tutulub".
"Layihə həm də Azərbaycanda qeyri-neft sektoruna, xüsusilə avtomobil sənayesinə töhfəsini verəcək. Burada istehsal ediləcək avtomobillər həm yerli, həm də xarici bazarda satılacaq".