Hacıqabulda “Müstəqilliyimizin memarı” adlı rəsm müsabiqəsi keçirildi.
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli sərəncamının icrası ilə əlaqədar 30 yanvar 2023-cü il tarixində Hacıqabul rayon Heydər Əliyev mərkəzində “Müstəqilliyimizin memarı” adlı rəsm müsabiqəsi keçirildi.
Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Valeh Bağırov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Xalid Rəcəbli, Hacıqabul Şəhər Musiqi məktəbinin direktoru Mehdiqulu Fərəcov, təhsil və mədəniyyət işçiləri, şagirdlər iştirak etdi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova tədbiri giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ümummilli Lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Çıxış edənlər Heydər Əliyevin bütün həyatını Azərbaycan xalqına qarşı sədaqətli xidmətə həsr etdiyini və mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğuladılar.
Tədbirdə şagirdlərin çəkdiyi müxtəlif məzmunlu rəsmlər nümayiş etdirildi. Şagirdlər diplomla təltif edildi.