Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Novruz bayramı ərəfəsində təhsil sistemində çalışan şəhidlərimizin ailə üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

15 mart 2023 | 17:49

15 Mart 2023-cü il tarixində Hacıqabul rayonunda təhsil sistemində çalışan şəhidlərimizin ailə üzvləri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşdə İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova , İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Natiq Mustafayev, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Hacıqabul üzrə Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov, ATİAHİ Hacıqabul rayon Komitəsinin sədri Kifayət Əmirbəyova, şəhidlərin ailə üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edirdi.

Çıxış edənlər ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışaraq bildirdilər  ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunub. Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcək.

Görüşdə iştirak edən qazilər keçdikləri döyüş yolundan söz açaraq onlarla bağlı xatirələrini bölüşüblər.

Keçidlər