Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda qanvermə aksiyası keçirildi.

08 dekabr 2023 | 11:56

08 dekabr 2023-cü il tarixində Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının əməkdaşlarının təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilmişdir.

Rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları rayon mərkəzi xəstəxanasının tibb personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 200-ə qədər donordan qan götürülüb. Tədarük olunan qan nümunələri Respublika Mərkəzi Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.

Keçidlər