Hacıqabulda qanvermə aksiyası keçirilib.
10 aprel 2023 | 14:38
10 aprel 2023-cü il tarixində Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının əməkdaşlarının təşəbbüsü ilə qanvermə aksiyası təşkil edilmişdir.
Rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatlar qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün aksiyaya qoşulublar. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən, o cümlədən talassemiya və hemofiliyadan əziyyət çəkən insanlara dəstək olmaq və cəmiyyətin diqqətini bu məsələyə yönəltməkdir.