Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Rasim Müzəffərlinin “Düzüm” adlı konsert proqramı keçirilib.

16 oktyabr 2026 | 11:31

Hacıqabul rayonunda tanınmış filosof, naşir, bəstəkar-şair Rasim Müzəffərlinin “Düzüm” adlı konsert proqramı təşkil olunub.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Konsert proqramında musiqi və söz sənətinin vəhdəti təqdim olunub. İfa olunan musiqi nömrələri və sənət təqdimatı tamaşaçılar tərəfindən maraqla qarşılanıb, iştirakçılarda xoş təəssürat yaradıb.

Qeyd edək ki, bu cür mədəni tədbirlərin keçirilməsi rayonun ictimai-mədəni həyatının zənginləşdirilməsi, əhalinin mənəvi istirahətinin təmin olunması və sənətə marağın artırılması baxımından əhəmiyyət daşıyır.

Keçidlər