Hacıqabulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü ilə bağlı tədbir keçirildi.
13 fevral 2025-ci il tarixdə Hacıqabul rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və kollektivi iştirak edirdi.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edərək dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzdülər.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və kollektivi Şəhidlər xiyabanında şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksi və şəhid məzarları önünə gül-çiçək dəstələri düzərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının xatirəsini böyük hörmətlə andılar.