Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü ilə bağlı tədbir keçirilmişdir.

13 fevral 2023 | 10:58

13 fevral 2023-cü il tarixdə Hacıqabul rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirildi.

Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin kollektivi iştirak edib.

Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edərək dahi şəxsiyyətin abidəsi önünə gələrək tər çiçəklər düzüblər.

Keçidlər