Hacıqabulda “Təmiz ölkəm” aksiyası keçirildi.
29 iyul 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ümumrespublika təmizlik aksiyaları çərçivəsində rayon könüllülərin iştirakı ilə “Təmiz ölkəm” adlı təmizlik aksiyası keçirilmişdir.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev, rayon İcra Hakimiyyəti başçısının müavinləri Saleh Ələskərov, Nurbala Mirzəyev və aparatın məsul işçiləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri və nümayəndələri, Nazirliyin regional bölmələrinin əməkdaşları, Hacıqabul rayonu üzrə Gənclər və İdman sektorunun müdiri, Hacıqabul rayon Mənzil Kommunal Müəssisələri idarələrinin əməkdaşları və rayon könüllüləri iştirak etmişdir.
Keçirilən aksiya çərçivəsində Atbulaq kəndi ərazisində avtomobil yolunun kənarında yaşıllıq ərazidə 5 tona qədər müxtəlif növ tullantı yığılaraq daşınıb.