Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsi keçirilib.

04 iyul 2023 | 12:29

04 iyul 2023-cü il tarixdə Hacıqabul rayonunda Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsi keçirilib. Tədbirdə ali məktəb tələbələrindən ibarət komandalar Hacıqabul aerodromunda sınaq uçuşların həyata keçirib.

Müsabiqədə  8 universitetin - Azərbaycan Memarlıq və İnşaat Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Fransız Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və ADA Universitetinin hər birindən 1 komanda olmaqla iştirak edib.

Komandalar hazırladıqları əfsanəvi “ASW 28” və “Walker Sky X8” planer modellərinin 200-220 m hündürlükdə verilən marşrut üzrə 5 dəqiqə ərzində avtonom rejimdə uçuşunu həyata keçiriblər.

Münsiflər heyəti qiymətləndirmə zamanı hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriyanı, proqramlaşdırmanı, avtonom uçuş mexanizmini, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə müvafiq coğrafiya üzrə məlumatların toplanmasını və praktiki icrasını kritik seçim meyarları olaraq dəyərləndirəcəklər.

Müsabiqədə qalib olmuş komandalar Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun fəxri fərman və qiymətli hədiyyələri ilə təltif edilmişdir.

Keçidlər