Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Əbədiyaşar lider” adlı dəyirmi masa keçirildi.

11 dekabr 2023 | 14:17

11 dekabr 2023-cü il tarixində Hacıqabul rayonunda Ümummilli lider Heydər Əliyevin anım gününə  həsr olunmuş “Əbədiyaşar lider” adlı dəyirmi masa keçirildi. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, həmçinin idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdi.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin iradəsi, iti zəkası, böyük dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi ilə müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasına, dünyəvi, hüquqi dövlətin qurulmasına nail olunmuşdur. Məhz Heydər Əliyevin xidmətləri sayəsində azərbaycançılıq ideologiyası milli ideologiya səviyyəsinə qaldırılmışdır.

Tədbirdə çıxış edən Rayon Prokuroru Lalə Hüseynova, DTX-nın rayon Şöbəsinin rəisi Elçin Məmmədov, Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, Rayon Təhsil Sektorunun müdiri Bəxtiyar Ələkbərov çıxışlar edərək qeyd etdilər ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu, əsasını qoyduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab Prezident, Müzəffər Ali Baş Komandan  İlham Əliyev dayanıqlı inkişaf, daxili sabitlik və əmin-amanlıq yaratmaqla yanaşı Azərbaycan dövlətini bütün dünyada layiqincə təmsil etməyə qadir olduğunu nümayiş etdirir.

Tədbirdə o da vurğulandı ki, Ulu Öndərin haqq-ədalət uğrunda qətiyyətli mübarizəsini onun layiqli  siyasi varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan ordusunun şücaəti sayəsində 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa edilmiş və tarixi zəfərə imza atılmışdır.

Sonda tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən müxtəlif eksponatlara baxış keçirdi, muzey əməkdaşları tərəfindən iştirakçılara bu eksponatlar barədə ətraflı məlumat verildi.

Keçidlər