Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqabulda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi.

06 noyabr 2026 | 13:00

8 Noyabr – Zəfər Günü münasibətilə 6 noyabr 2026-cı il tarixində Hacıqabul rayonunda ağacəkmə aksiyası keçirildi.

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etdilər.

Aksiya çərçivəsində 300 ədəd müxtəlif növ ağac tingləri əkildi, ərazidə yaşıllıq sahələrinin genişləndirilməsi istiqamətində müvafiq işlər həyata keçirildi.

Zəfər Gününə həsr olunan ağacəkmə aksiyası ölkəmizdə aparılan quruculuq və abadlıq işlərinin, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına yönələn tədbirlərin davamıdır. Əkilən ağaclar gələcəkdə ərazinin yaşıllaşdırılmasına və ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcəkdir.

Keçidlər