“ Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda Hacıqabul və Şirvan şəhər Uşaq musiqi məktəbinin “Dostluq görüşləri” adlı konsert proqramı keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar hazırlanmış Tədbirlər Planına uyğun olaraq 17 fevral 2023-cü il tarixdə Hacıqabul şəhər Folklor evində “ Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda Hacıqabul və Şirvan şəhər Uşaq musiqi məktəbinin “Dostluq görüşləri” adlı konsert proqramı keçirilmişdir. Tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Saleh Ələskərov, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xuraman Məmmədova, İcra Hakimiyyətinin digər məsul işçiləri , eləcə də Hacıqabul və Şirvan rayonunun mədəniyyət işçiləri iştirak etmişdir. Çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoyduğunu qeyd etdilər. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimizin də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələndiyini vurğuladılar. Tədbir mədəniyyət işçilərinin ifasında konsert proqramı ilə yadda qaldı.